• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Medalım paslanır, qaytarmağı düşünürəm  - Paris-2024-ün bürünc mükafatçısı

İDMAN

20 Yanvar 2025 | 13:47

Medalım paslanır, qaytarmağı düşünürəm  - Paris-2024-ün bürünc mükafatçısı

"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü".

Bakıvaxtı.az xəbər verir ki. bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib.

Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib:

"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır".

O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür:

"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".

Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.


SON XƏBƏRLƏR