• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Bu klubun yeni baş məşqçisi AÇIQLANDI

İDMAN

18 Fevral 2025 | 20:17

Bu klubun yeni baş məşqçisi AÇIQLANDI

Fabio Peçkianı istefaya göndərən "Parma"nın yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komanda Kristian Çivuna tapşırılıb. 44 yaşlı rumıniyalı ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.  Çivunun köməkçiləri isə Antonio Qalyardi, Ancelo Palombo və Nikola Pavarini olacaq.

Çivunun son iş yeri 2024-cü ilin yayında arıldığı "İnter" olub. O, 6 il bu klubda məşqçi kimi çalışıb.

Qeyd edək ki, Parma" hazırda turnir cədvəlində 20 xalla 18-cidir.


SON XƏBƏRLƏR

30 Iyun 2025