• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məhbus azotla edama qarşı çıxdı 

DÜNYA

16 Fevral 2024 | 14:55

Məhbus azotla edama qarşı çıxdı

Məhkuma azotla edam işgəncədir və bunun təkrarlanmasına icazə verilməməlidir.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki,  bunu ABŞ-nin Alabama ştatında ölüm cəzasına məhkum edilən məhbus federal məhkəməyə müraciətində bildirib.

Edamını gözləyən məhbus David Filip Vilson, yanvarın 26-da Alabama ştatında məhbus Kennet Smithin ölkədə ilk dəfə istifadə edilən azot qazı ilə edamı zamanı əziyyət çəkdiyini əsas gətirib.

İddia ərizəsində məhkəmədən hazırkı azotlu edam protokolunun məhbusun “qəddar cəzadan qorunmaq” konstitusion hüququnu pozduğuna dair qərar çıxarması istənilib.

Qeyd edək ki, Vilson 2004-cü ildə oğurluq və qətl hadisələrində təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026