• Bakı 14° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Məhkəmə sabiq qərargah rəisinə 4 aylıq həbs verdi - YENİLƏNİB

CƏMİYYƏT

06 Dekabr 2024 | 18:17

Məhkəmə sabiq qərargah rəisinə 4 aylıq həbs verdi - YENİLƏNİB

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Bu barədə Hərbi Prokurorluqdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

*** 16:44

Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.

Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.

Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025