• Bakı 25° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Məktəbli geyimlərinin Bakı üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir

CƏMİYYƏT

08 Sentyabr 2025 | 13:25

Məktəbli geyimlərinin Bakı üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar onlara ən yaxın istənilən satış məntəqəsinə müraciət edə bilərlər. Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciətləri olduğu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat verə bilərlər.

Qeyd edək ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib. 


SON XƏBƏRLƏR