• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məmurların hamısı narkotikə görə yoxlanmalıdır - Fazil Mustafa

CƏMİYYƏT

07 Aprel 2022 | 15:03 | Müəllif: Qalib İbrahimoğlu

Məmurların hamısı narkotikə görə yoxlanmalıdır - Fazil Mustafa

“Narkomaniya bir faciədir. Onunla mübarizə təkbaşına aparıla bilməz. Tütünçəkmə, alkoqolizm və narkomaniya ilə kompleks tədbirlərlə birgə mübarizə aparılmaldır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu AzTV-nin “Çıxışa doğru” verilişində deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, dünən Milli Məclisdə müzakirə edilən məsələlərdən biri bu bəlanın cəmiyyətdə bir ayrı formada özünü büruzə verməsidir. Onun sözlərinə görə, əgər 10 nəfər zabitin içərisində bir nəfər narkoman olsa, o da digərlərini yoluxdursa, bu, faciəyə yol açar.

"Biz narkomaniya ilə mübarizəni düzgün qurmadığımıza görə hamını tutur, həbsxanaya göndəririk. Həbsxanada narkotik aludəçisi olmayan, hələ beş-on il cəza çəkəcək insanlar da bunlara qoşulurlar. Ona görə də bu problem qalır" deyən F.Mustafa bildirib .

Deputat qeyd edib ki, bu səbəbdən də hərbi sahədə belə yoxlamalar həyata keçirilir. "Bu hamıya, eləcə də məmurlara da şamil edilməlidir, hamısı yoxlanılmalıdır. Daxili işlər naziri bu sahədə sərt mövqe tətbiq edir və polislər arasında belə bir hallar aşkarlanarsa, dərhal işdən azad olunurlar. Bir çox qurumlarda bu istiqamətdə mübarizə aparılır. Lakin bu cəzanı sərtləşdirməklə həll etmək olmur, cəzanın sərtləşməsi insanların düzəlməsinə gətirib çıxarmır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026