• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLAR

CƏMİYYƏT

07 May 2022 | 12:51 | Müəllif: Subhan Mahmudov

Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLAR

Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbirstanlığında dahi Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə rəsmi şəxslər, ədəbiyyat, elm və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı barədə danışıblar.

Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.

Qeyd edək ki, bu gün eyni zamanda şairin ölümündən bir il ötür. M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.(report)


Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLARMusa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLARMusa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLARMusa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLARMusa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLARMusa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026