“Azərişıq” ASC tərəfindən elektron xidmətlər portalında 6-a yaxın xidmət göstərilir. Yaxın günlərdə 5 yeni elektron xidmət də əhalimiz üçün əlçatan olacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərişıq” ASC İKT departamentinin rəhbəri Qalib Həmidov bildirib.
Onun sözlərinə görə, əhali və qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə onlayn qoşulması xidmətinə hər ay 4000-4500 yaxın abonent müraciət edir: “Elektrik şəbəkəsinə onlayn qoşulma xidmətinin tətbiqi də geniş istifadə olunan elektron xidmətlərdən biridir. Müqavilələri onlayn formada bağlanması xidmətindən onlayn formada istifadə də mümkündür”.
Hazırda 19 xidmət "ASAN Xidmət"də göstərilir.
Ramid İbrahimov
















