• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İtlərin hücumuna məruz qalan şairdən XƏBƏR VAR

CƏMİYYƏT

06 Iyun 2022 | 11:20 | Müəllif: Qalib İbrahimoğlu

İtlərin hücumuna məruz qalan şairdən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, nəğməkar şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb. 

Bakıvaxtı.az xəbər verir ki, hazırda xəstəxanada olan C.Qurbanov hadisə ilə bağlı axşam.az-a açıqlama verib. Ötən gün reanimasiyaya yerləşdirilən şair bildirib ki, hazırda palataya köçürülüb:

"Deyirlər, məni it dişləyib. İtlər mənə yox, ata hücum etdi. Səhər saat 6-da övladlarımla at çapmağa çıxmışdım. Dəniz kənarında olan itlər ata hücum etdi, atdan yıxıldım. Ondan sonrasını xatırlamıram. Məni necə xəstəxanaya gətiriblər, reanimasiyaya yerləşdiriblər bilməmişəm. İndi özümə gəlmişəm, yaxşıyam. Palataya köçürülmüşəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026