Türkiyənin tanınmış aktrisası Ayçin Tuyun döş xərçəngindən əməliyyat edilib.
Bakıvaxtı.azxəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə paylaşım edib.
Vəziyyətinin indi yaxşı olduğunu bildirən A.Tuyun müalicəsini davam etdirdiyini deyib: "Yaxşıyam, şükür Allaha, əməliyyatım yaxşı keçdi. Sizi çox sevirəm. Sevgilərlə... əsla təslim olmayın".
A.Tuyun müalicəsindən sonra çəkilişlərə qayıdacağını da bildirib.
Müalicə prosesində onu tək qoymayan yaxınları ilə çəkdirdiyi fotosunu paylaşan aktrisa, "Həyatımın ən çətin anlarında yanımda oldunuz, əziz dostlarım. Çox təsirləndim. Məni heç vaxt tək qoymadınız", - deyə qeyd yazıb.
Qeyd edək ki, Ayçin Tuyun "Beyaz Gelincik", "Dedemin Dolabı", "Alem-i Cin" və "Bozkır" kimi uğurlu proyektlərdə rol alıb.
Xəyalə Rza


jpeg-1694673622.jpeg)









jpg-1697186018.webp)







