• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Üzüm üzlər görüb” - Pərvin Abıyeva

MƏDƏNİYYƏT

13 Oktyabr 2023 | 10:31

"Üzüm üzlər görüb” - Pərvin Abıyeva

"Üzüm üzlər görüb. Qardaşıma, oğluma özüm kimi qız almaram".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Qapqara" verilişinə açıqlamasında deyib.

Onun sözlərinə görə, insanların beyni inkişaf etməyib, hələ tam müasirləşməyiblər.

"Biz azərbaycanlıyıq. Hələ beynimiz tam müasirləşməyib. Beynimizin bir tərəfində mentalitet var. 2040-2050-ci illər olsa belə yenə də bizim düşüncələrimiz qalacaq ki, qız tanınmış olmamalıdır, ev qızı olmalıdır, qızı 18 yaşdan almaq lazımdır. Mən nələr görmüşəm, nələr yaşamışam, haqqımda nə xəbərlər çıxıb. Yalan-yanlış, doğru, fərqi yoxdur. Valideynlər izləyir, düşünür ki, mən bunu gəlin edəndə qohum-əqraba nə düşünəcək?"- deyə Pərvin Abıyeva qeyd edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026