• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məşhur astroloq daha bir tarix verdi: 19 maydan sonra...

CƏMİYYƏT

18 May 2023 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur astroloq daha bir tarix verdi: 19 maydan sonra...

Sosial media hesablarında astroloji şərhləri ilə tez-tez gündəmə gələn Dinçer Güner bu dəfə mayın 19-na işarə edib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu tarixdə yeni ayın Buğa bürcündə baş verəcəyini bildirən məşhur astroloq bunun şəxsi həyatımızda nə demək olduğunu açıqlayıb.

Dinçer Günerin YouTube hesabında paylaşdığı videoda bildirir ki, mayın 19-da yeni ay Buğa bürcünün 28-ci dərəcəsində baş verəcək. Bu yeni ayın təsiri ayın sonuna qədər davam edəcək.

Onun sözlərinə görə, bu dövrdə Buğa bürcünün simvollaşdırdığı əsas mövzular gündəmdə olacaq: Zövq, xoşbəxtlik, pul məsələləri, qidalanma, təhlükəsizlik hissi...

“Buğa bürcünün yeni ayında qazancınızı artırmaq yollarını axtararkən maliyyə təhlükəsizliyinə ehtiyacınız ola bilər. Təbiətlə təmasda ola bilərsiniz.

Daimi işlərin və daimi münasibətlərin arxasınca düşəcəyiniz bir dövr başlayır. Xərçəng bürcündə bu yeni aya səyahət etmək də Marsdan yaxşı dəstək olacaq. Bu dövr əzələ gücünüzü inkişaf etdirmək və idmana başlamaq üçün ideal vaxtdır”.

Güner qeyd edib ki, digər tərəfdən, Balıq bürcündə səyahət edən Neptun da bu yeni aya müsbət dəstək verəcək: “Şəfqətli və həssas tərəfinizi daha çox göstərə bilərsiniz. Başqa insanlara kömək edə bilərsiniz”.

“Sağlamlıq baxımından Buğa bürcünün yeni ayı zamanı boyun, ənsə, badamcıqlar, səs telləri kimi bölgələr həssas ola bilər. Sağlamlığınıza diqqət yetirmək yaxşıdır”, - deyə Dinçer Güner bildirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026