Fövqəladə Hallar Nazirliyi Göygöl rayonunda baş verən yanğın barədə məlumat yayıb.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumatda bildirilib ki, bu gecə Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
09:45
Gəncə şəhər hava limanı yolunda yerləşən "Arzu" mebel salonunda güclü yanğın olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Göygöl rayonu Quşqara kəndi ərazisində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın gecə 02.00 radələrində lokallaşdırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


























