Muğlanın tanınmış yerli sənətçilərindən olan İrfan Dəmirtaş dünyasını dəyişib.
Bakıvaxt.az-ın “Haber Global”a istinadən məlumatına görə, müğənni koronavirusdan ölüb.
Dəmirtaş aldığı müalicəyə baxmayaraq vəfat edib.
Müğənninin oğlu, Muğlanın tanınmış vokalçılarından olan Həmdi Dəmirtaş sosial media hesabında kədərli xəbəri, "COVID-19 çox təəssüf ki, əziz atam İrfan Demirtaşı bir az əvvəl əlimizdən aldı. Məkanı cənnət olsun, əziz atam” deyə paylaşıb.
Qeyd edək ki, İrfan Demirtaş 2012-ci ildə “Sürməlim” adlı albomunu çıxarıb və 7 ildən sonra albomu yenidən rəqəmsal platformalarda yayımlanıb.
Nuranə Daxilqızı

















