• Bakı 18° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Türkiyəli musiqiçi güllələndi

MƏDƏNİYYƏT

04 Fevral 2022 | 14:46 | Müəllif: Subhan Mahmudov

Türkiyəli musiqiçi güllələndi

Türkiyəli musiqiçi Şener Esen silahlı hücum nəticəsində həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında İzmir şəhərinin Buca səmtində baş verib. Naməlum şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 42 yaşlı musiqiçi ağır yaralanıb.

Silah səsini eşidən ətrafdakı insanlar polisə və təcili tibbi yardıma zəng vurub. Şener Buca Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılsa da, bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Polis cinayəti törətdikdən sonra qaçanların axtarışı istiqamətində işləri davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR