• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sevmirsə, dünəndən sevməsin..." - Əməkdar artist

MƏDƏNİYYƏT

04 Fevral 2022 | 22:29 | Müəllif: Qalib İbrahimoğlu

"Sevmirsə, dünəndən sevməsin..." - Əməkdar artist

"Hiss etmişəm ki, qarşımdakı məni sevmir. Demişəm ki, onun sevgisini necə qazanım, özümü necə sevdirim. Sonralar başa düşdüm ki, yanlışdır. İnsan səni sevmirsə, dünəndən sevməsin".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli deyib.

Sevgidən danışan müğənni intihar edən gənclərə səslənib:

"Məcbur deyilsən ki, sən özünü kiməsə sevdirəsən. Səni sevənin, qədrini bilənin yanında ol. Sevdiyin sənin qədrini bilsin, canı yansın, çətin günündə yanında olsun. Biz də cavan olmuşuq. Cavanlar bunu bilsinlər. İstəyirəm ki, cavanlar məni başa düşsün, sevgini qeyri-adi əlçatmaz hesab etməsin. Sevgidən ötrü gedib özünü öldürənlər var. Eşidirik ki, sevgilisinə ailəsi vermədi, getdi özünü öldürdü. Bu nədir, özünü öldürəsən, dərdə salasan, depressiyaya düşəsən. Sevgini sizə hörmət edən, qədrinizi bilən adamda tapın. Sizi darda olanda qoyub qaçmasın. Sizin üçün lazım gələndə canından keçsin. əsl sevgi budur".(axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026