• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Məşhur şirkət bir ayda iki dəfə məhkəməlik oldu 

CƏMİYYƏT

19 Sentyabr 2022 | 17:08

Məşhur şirkət bir ayda iki dəfə məhkəməlik oldu

Gigiyena məhsulları və uşaq bezləri sektorunun istehsalı ilə məşğul olan "VƏLİOĞLU-2018" MMC yenidən məhkəməyə verilib.

Bakıvaxtı.az
xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkətlə bağlı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında inzibati protokol tərtib edərək, işi Nəsimi Rayon Məhkəməsinə göndərib.

Həmin maddəyə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Mərkəzi Bank "VƏLİOĞLU-2018" barədə İnzibati Xətalar Məcəlləsində 430.4-cü maddəsi əsasında protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

İbRa
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR