• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Messi azərbaycanlı iş adamına hədiyyə göndərdi - FOTO

CƏMİYYƏT

05 Iyul 2023 | 10:45 | Müəllif: Qalib İbrahimoğlu

Messi azərbaycanlı iş adamına hədiyyə göndərdi - FOTO

Dünya çempionu, futbol ulduzu Lionel Messi azərbaycanlı tanınmış iş adamı, xeyriyyəçi Nazim Abdullayevi yubileyi münasibəti ilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, argentinalı bir zamanlar şərəfini qoruduğu “Barselona” klubunun formasının üzərində ürək sözlərini yazaraq yubilyara göndərib.

Qeyd edək ki, Nazim Əli oğlu Abdullayev uzun müddət keçmiş Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Həmkarlar Təşkilatına rəhbərlik edib, uğurlu təşkilatçılıq fəaliyyətinə görə çox gənc yaşında SSRİ-nin nüfuzlu “Xalqlar Dostluğu” ordeni ilə təltif olunub.

90-cı illərdən başlayaraq biznes fəaliyyəti ilə məşğul olan Nazim Abdullayev xeyriyyəçi kimi də tanınır. Xocalı faciəsi barədə ən sanballı ekran əsəri sayılan “Fəryad” filmi məhz onun maliyyə dəstəyi sayəsində ərsəyə gəlib.

Xatırladaq ki, Nazim Abdullayevin 70 yaşı ötən ay tamam olub. 

 


Messi azərbaycanlı iş adamına hədiyyə göndərdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026