• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qanunsuz kömür daşıyanlar cəzalandırıldı

CƏMİYYƏT

04 Avqust 2023 | 09:48

Qanunsuz kömür daşıyanlar cəzalandırıldı

Şabran rayonunun Gəndob və İsmayıllı rayonunun Burovdal kəndləri ərazilərində nəqliyyat vasitələri ilə qanunsuz yolla istehsal edilən ağac kömürünün daşındığı müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, avtomobillərə keçirilən baxış zamanı “Qaz-69” markalı, 32-BA-507 dövlət qeydiyyat nişanlı avtomobildə hər birinin çəkisi 5 kq olan 100 kisə, “Mitsubishi” markalı, 10-JN-186 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində isə hər birinin çəkisi 4 kq olan 250 kisə kömür aşkar edilib.

“Faktlarla bağlı nəqliyyat vasitələrinin sürücüləri Hikmət Musayev və Kamran Hüseynov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026