• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Messi cərimə zərbəsindən 50-ci qolunu vurdu - VİDEO

İDMAN

03 May 2021 | 09:55

Messi cərimə zərbəsindən 50-ci qolunu vurdu - VİDEO

Futbol üzrə İspaniya çempionatının 34-cü turunda “Valensiya” “Barselona”nı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, oyun Kataloniya təmsiliçisinin 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Lionel Messi “Barselona”nın heyətində dubl edib, üçüncü qolu rəqib qapısından Antuan Qrizman keçirib.

Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub.

“Championat” xəbər verir ki, bununla da argentinalı ulduz futbolçu karyerasında cərimə zərbəsindən vurulan qolların hesabını 50-yə çatdırıb.

Qeyd edək ki, L.Messi həmçinin 28 topla İspaniya çempionatının bombardiridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026