PSJ-nin futbolçusu Lionel Messi komanda yoldaşları Neymar və Kilian Mbappe arasındakı münaqişəni həll etməyə çalışıb .
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, avqustda Paris təmsilçisinin hücumçuları arasında mübahisə yaranmışdı. Bunun səbəblərindən biri də Mbappenin penaltini yerinə yetirən əsasə oyunçu olması idi.
Messi komanda yoldaşlarının münaqişəsində vasitəçi olub. O, futbolçular arasında gərginliyi azaltmağa və aralarında əlaqə yaratmağa çalışıb.
















