• Bakı 28° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Messinin komandası MLS-in qalibi oldu

İDMAN

03 Oktyabr 2024 | 09:39

Messinin komandası MLS-in qalibi oldu

Argentina millisinin futbolçusu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" ABŞ-nin MLS liqasının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, səfərdə "Kolumbus Kryu" ilə görüşdən sonra reallaşıb.

37 yaşlı hücumçunun komandası turnir cədvəlində ən yaxın izləyicisini 3:2 hesabı ilə məğlub edib. Messi dubla imza atıbsa, digər qolun müəllifi Luis Suares olub. "Kolumbus Kryu"dan Dieqo Rossi və Kuço Ernandes fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.

Qeyd edək ki, bu, argentinalı ulduzun karyerasında 46-cı tituldur.


SON XƏBƏRLƏR

15 Iyul 2025