• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Metrodan istifadə edənlərin sayı artıb

CƏMİYYƏT

25 Fevral 2025 | 13:26

Metrodan istifadə edənlərin sayı artıb

Bu ilin yanvar ayında Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayı 18 milyon nəfər olub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2024-cü ilin eyni dövrünə nisbətən 4,2 % artıb.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən 2030-cu ilin sonuna qədər paytaxtda 10 yeni metro stansiyası tikiləcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025