• Bakı 13° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Emin Əmrullayev Fransada azərbaycanlı tələbələrlə görüşüb

CƏMİYYƏT

27 Mart 2025 | 13:04

Emin Əmrullayev Fransada azərbaycanlı tələbələrlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Paris şəhərinə səfəri çərçivəsində Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı doktorantlarla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Azərbaycanın Fransadakı Mədəniyyət Mərkəzində baş tutan görüşdə Emin Əmrullayev ölkədə elm və təhsil sahəsinin inkişafına davamlı göstərilən dövlət qayğısını vurğulayaraq ali təhsil sistemində son illərdə aparılan islahatlar, təhsil sistemindəki yeniliklər barədə tələbələrə məlumat verib.

Nazir Qarabağ Universitetində mövcud olan tədris imkanlarını, o cümlədən xaricdə təhsil üzrə cari Dövlət Proqramının müddətinin 2028-ci ilədək uzadılması və doktorantlar üçün müvafiq kvotanın ayrılması məsələlərini xüsusilə vurğulayıb.

Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorantların gələcəkdə akademik və elmi fəaliyyəti ilə bağlı imkanlarına dair müzakirələr aparıb.

Nazir gəncləri təhsillərini bitirdikdən sonra ölkədə elmi fəaliyyətlə məşğul olmağa, elm və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.


SON XƏBƏRLƏR

29 Mart 2025