• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Milli qəhrəman Şirin Mirzəyevə şeir ithaf olundu - VİDEO 

CƏMİYYƏT

08 Iyul 2022 | 14:31

Milli qəhrəman Şirin Mirzəyevə şeir ithaf olundu - VİDEO

Şair Avdal Qəhrəman Şəhid Milli qəhrəman Polkovnik-leytenant Şirin Mirzəyevlə bağlı xatirələrini qələmə aldığı “El oba unutmaz səni, komandir” şeirini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, şeirdə Milli qəhrəmanın hərbi xidmət illəri, həmin dövrdəki Azərbaycan ordusuna göstərdiyi misilsiz xidmətlər öz əksini tapıb.    

Ələn Ağdam rayonundan olan şairin Ş.Mirzəyevlə tanışlığı 90-cı illərdə Milli qəhrəmanın ilk nizami özünümüdafiə batalyonu yaratdığı zaman olub. Daha sonra Ağdam istiqamətində gedən döyüşlərdə Milli qəhrəmanla yaxın dost münasibəti yaranıb.

Qeyd edək ki, Şirin Mirzəyev 1947-ci ildə Xankəndidə doğulub. Daxili Qoşunlarda xidmətə başladıqdan sonra Rusiyanın Ali Siyasi Hərbi məktəbində təhsilini davam etdirib. Bakıya qayıdan Ş.Mirzəyev daha 15 il Daxili Qoşunlarda xidmətini davam etdirib. Mirzəyev Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndlərinin azad edilməsində misilsiz xidmətləri olub. 1992-ci ildə Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək şəhid olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026