• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

HADİSƏ

27 Noyabr 2024 | 10:02

Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Mingəçevirdə piyadanın ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 27-də saat 08 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki,faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

09:30

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, Mingəçevir şəhərində 1963-cü il təvəllüdlü Niyar Mahmud qızı Abdullayevanı avtomobil vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR