• Bakı 22° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Mingəçevirdə silah-sursat aşkarlandı - FOTO

CƏMİYYƏT

14 Oktyabr 2021 | 12:43 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə silah-sursat aşkarlandı - FOTO

Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.

Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR