• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bürokratiya, sayğısızlıq, yoxsa sabotajçılıq? - AÇIQLAMA

CƏMİYYƏT

12 Noyabr 2021 | 22:59 | Müəllif: Subhan Mahmudov

Bürokratiya, sayğısızlıq, yoxsa sabotajçılıq? - AÇIQLAMA

“Bəlkə də kimlərsə maraqlıdır ki, güclü vətəndaş cəmiyyəti olmasın, Prezidentin dəfələrlə təkrarladığı ictimai nəzarət reallaşmasın. Və bilərəkdən də qərarların icrasına maneçiliklər törədilir.”

Bakıvaxtı.az xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“Maliyyə naziri Samir Şərifov bugünkü açıqlamasında QHT-lərin qrant məsələsi ilə bağlı problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlərin əsassız olduğunu bildirib. O, problemin QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı olduğunu vurğulayıb.

Agentlik rəsmiləri isə dərhal açıqlama veriblər ki, deyilənlər yalandır və problem Nazirlər Kabinetinin qrant maliyyələşməsi üzrə qaydalarının təsdiq edilməməsiylə bağlıdır.

Prezidentin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə NK bu qaydaları təsdiq etməlidir ki, maliyyələşməyə start verilsin.

Hansı ki, bu qaydaları da Agentlik xeyli müddətdir ki, hazırlayıb və NK -ya təqdim edib.

Maraqlıdır ki, Maliyyə Nazirliyinin də nümayəndəsi Agentliyin Müşahidə Şurasında təmsil olunur və proseslərdən tam xəbərdardır.

Belə olan halda Maliyyə nazirinin açıq-aşkar QHT Agentliyini hədəf alması təəccüblü və anlaşılmazdır.

Xatırlayıram ki, bir neçə ay öncə də bu tip müzakirələr aparılmışdı. 

Gözlənilirdi ki, NK nəhayət ki, vətəndaş cəmiyyətinin fəaliyyətinin güclənməsi üçün zəruri olan bu addımları atacaq.

Əfsuslar ki, belə olmadı.

Hökumətin birinci şəxsləri, qərar qəbul edənlər açıq-aşkar etinasızlıq və Prezident fərmanının icrasına sayğısızlıq göstərdilər.

Bələ görünür ki, bu, artıq bürokratçılıq deyil. 

Düşünürəm ki, burada maraqlı tərəflər də ola bilər.

Çünki, yetirncə ictimailəşən, Prezident fərmanı əsasında reallaşmalı olan mexanizmləri bu dərəcədə bilərəkdən ləngitmək başqa məqamlardan da xəbər verir.

Bəlkə də kimlərsə maraqlıdır ki, güclü vətəndaş cəmiyyəti olmasın, Prezidentin dəfələrlə təkrarladığı ictimai nəzarət reallaşmasın. Və bilərəkdən də qərarların icrasına maneçiliklər törədilir.

Sovet dönəmində bu tip addımlar sabotajçılıq adlandırılırdı.

Maraqlıdır ki, son zamanlar Prezident Administrasiyasında Prezidentin fərman və sərancamlarının icrasına nəzarət məsələlərinin xeyli gücləndirildiyi bildirilirdi. Bununla bağlı böyük vəsaitlər xərclənərək faydalı rəqəmsal həllər, effektiv mexanizmlər hazırlanmışdı. Bu elektron resurslar PA -ya imkan verir ki, NK -nın icra intizamını pozduğunu müəyyən etsin.

Amma hələlik biz icra intizamının güclənməsini müşahidə edə bilmirik.

Xatırlayıram ki, bir ara ümumiyyətlə, NK-nın ləğvi məsələsi də gündəmdəydi.

Əgər NK -nın işi yalnız mərkəzi icra orqanlarından hansısa rəylər və arayışlar yığmaq və bürokratçılıqla məşğul olmaqdırsa onda düşünürəm ki , bu məsələni də yenidən gündəmə gətirmək məntiqli olardı.

Ümid edirəm, Prezident Administrasiyasındakı məsul şəxslər qarşılarındakı kompüterdə olan Dövlət Nəzarəti İnformasiya Sisteminə nəzər salıb Prezident fərmanının icra olunmamasının NK, yoxsa QHT Agentliyi ilə bağlı olmasını aydınlaşdıracaq və müvafiq tədbirlər görəcəklər”. 

 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026