Misirin şimal-şərqində Süveyş əyalətində avtobusun magistral yolda aşması nəticəsində 12 nəfər ölüb, 33 nəfər yaralanıb.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə və Əhali Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, qəza Əl-Qalala-Ayn Soxna yolunda baş verib. Hadisə yerinə 28 təcili yardım maşını göndərilib, yaralılar Süveyşdəki xəstəxanalara aparılıb.
Misirdə sürət həddinin aşılması, pis yol şəraiti və yol hərəkəti qaydalarına riayət edilməməsi hər il minlərlə insanın ölümünə səbəb olur. Rəsmi statistika agentliyi CAPMAS-ın məlumatına görə, 2023-cü ildə ölkədə baş verən qəzalar nəticəsində 24,5 faiz artımla 5861 nəfər ölüb.
Gülşən Şərif














