• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Modriç 500-ə çatdı

İDMAN

29 Oktyabr 2023 | 18:37 | Müəllif: Subhan Mahmudov

Modriç 500-ə çatdı

"Real"ın futbolçusu Luka Modriç komandanın heyətində 500-cü oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ötən gün La Liqanın 11-ci turunda "Barselona" ilə görüşün 63-cü dəqiqəsində meydana çıxıb. Bu da Modriçin "Real"ın heyətində 500-cü oyunu olub.

Modriç bu müddət ərzində 37 qol vurub, 78 qol ötürməsi verib, 23 kubok və 1 "Qızıl top" qazanıb. Xorvatiyalı futbolçu 2012-ci ildən "kral klubu"nun formasını geyinir. 

Qeyd edək ki, ötən gün "Real" "Barselona"ya 2:1 hesabı ilə qalib gəlib. İlkay Gündoğanın qoluna Cud Bellinqem dublla cavab verib./qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026