• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Moldova NATO-ya daxil olmağı düşünmür

DÜNYA

28 Dekabr 2021 | 09:00

Moldova NATO-ya daxil olmağı düşünmür

Moldova prezidenti Maya Sandu ölkənin NATO-ya daxil olmasını istisna edib, çünki bu, ölkə Konstitusiyası ilə qadağandır.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “Pro” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, hələlik heç kim Konstitusiyaya dəyişiklik etməyi planlaşdırmır:

“Dövlətin əsas qanunu Şimali Atlantika Alyansına qoşulmağı qadağan edir. Biz bitərəf ölkəyik, əsas qanunu heç kim dəyişməyib, belə təşəbbüslər yoxdur, biz heç kimə hərbi təhlükə yaratmırıq, vəziyyətin sülh yolu ilə inkişafını istəyirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026