• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Ukrayna ilə bağlı mövqeyimizin dəyişməsi mümkün deyil" - Ərdoğan

DÜNYA

27 Yanvar 2022 | 00:49 | Müəllif: Qalib İbrahimoğlu

"Ukrayna ilə bağlı mövqeyimizin dəyişməsi mümkün deyil" - Ərdoğan

“Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə lap əvvəldən dəstək verib. Rusiyanın Krım başda olmaqla Ukraynanın ərazi bütövlüyünə zərər yetirən addımlarına qarşı bəlli bir mövqe nümayiş etdirdik. Bu mövqeyimizin dəyişməsi mümkün deyil”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi müsahibə zamanı deyib.

Ərdoğan Rusiyanın Ukraynaya silahlı hücum etməyəcəyinə, işğala əl atmayacağına ümid etdiyini qeyd edib: “Belə bir addım nə Rusiya, nə də bölgəmiz üçün ağılla iş ola bilməz. Biz Rusiyaya onun bəzi tələblərinin niyə qəbuledilməz olduğunu izah etməliyik. Biz cənab Putini ölkəmizə dəvət etmişik. Onunla ikitərəfli danışıqlar apararaq müəyyən addımlar atmaq istəyirik”./apa/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026