• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveçdə koronavirusa yoluxanların sayında REKORD ARTIM

DÜNYA

27 Yanvar 2022 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

İsveçdə koronavirusa yoluxanların sayında REKORD ARTIM

Yanvarın 26-da İsveçdə pandemiyanın başlanğıcından bəri koronavirusa yoluxanların sayında gündəlik ən yüksək artım qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, AZƏRTAC ölkənin səhiyyə orqanlarının yaydığı məlumata istinadla verdiyi xəbərə görə, son sutka ərzində İsveçdə 50 min 495 nəfər COVID-19 virusuna yoluxub. Bu müddət ərzində virusa yoluxan 75 nəfər vəfat edib.

On milyon əhalisi olan İsveçdə vətəndaşların peyvəndlənməsi prosesi davam edir. Hazırda 7,5 milyondan çox şəxs iki doz peyvənd alıb ki, bu da 12 yaşdan yuxarı əhalinin 83,5 faizi deməkdir. Eyni zamanda, krallıqda 3,6 milyondan çox insan koronavirus peyvəndinin üçüncü, buster dozasını alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026