Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu məlum olub.
Bakıvaxt.az yerli teleqram kanallarına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti olmuş keçmiş SBU zabitinin avtomobili partladılıb.
Teleqram kanallarının yazdığına görə, keçmiş SBU zabiti Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.
Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.
***
15:50
Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu məlum olub.
Bakıvaxtı.az yerli teleqram kanallarına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti olmuş keçmiş SBU zabitinin avtomobili partladılıb.
Teleqram kanallarının yazdığına görə, keçmiş SBU zabiti Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.
Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.
***
15:07
Moskvanın Korovinskoye şossesində avtomobil partlayıb, daha iki avtomobilə ziyan dəyib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, parklanmış vəziyyətdə olan "Land Cruiser Prado" markalı avtomobilin sürücüsü maşını işə salarkən partlayış baş verib.
Sürücünün ayağından xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilib.
Partlayış nəticəsində yaxınlıqda dayanmış "İnfiniti" və "BMW" markalı avtomobillərə ziyan dəyib. Hazırda təhlükəsizlik qüvvələri avtomobilim hansı səbəbdən partladığını araşdırır.
Avtomobilə bomba qoyulması istisna olunmur