• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

CƏMİYYƏT

05 Noyabr 2022 | 16:58

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub. Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.


Müdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDIMüdafiə Nazirliyi MƏLUMAT YAYDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026