• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Müəllimlərin sertifikasiyası başladı - VİDEO

CƏMİYYƏT

30 Avqust 2022 | 09:47

Müəllimlərin sertifikasiyası başladı - VİDEO

Məlum dolduğu kimi, bu gündən Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilir.

Bakıvaxtı.az xəbər verir ki, artıq müəllimlər test imtahanında iştirak etmək üçün onlar üçün ayrılmış binalara gəliblər. Yoxlanışdan keçən ibtidai sinif müəllimləri onlar üçün ayrılmış zallarda imtahana buraxılıb. 

İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edəcək.

Test imtahanları 30 avqust-1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunacaq.

İmtahandan görüntüləri təqdim edirik:



Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026