• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sosial şəbəkələrdə dələduzluq edən saxlanıldı - VİDEO

CƏMİYYƏT

28 Sentyabr 2022 | 23:39 | Müəllif: Subhan Mahmudov

Sosial şəbəkələrdə dələduzluq edən saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib. Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026