• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ekspertdən tıxacların qarşısını almaq üçün TƏKLİF: Məktəblər...

CƏMİYYƏT

29 Sentyabr 2022 | 09:32 | Müəllif: Qalib İbrahimoğlu

Ekspertdən tıxacların qarşısını almaq üçün TƏKLİF: Məktəblər...

"Bakı şəhəri üzrə bütün küçə və prospektlərdə günün istənilən saatında tıxaclar var. Tıxaclar səhər və axşam saatlarında dözülməz həddə çatır".

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, birmənalı şəkildə ali və orta ixtisas təhsili müəssisələri, orta məktəblər bu tıxacda böyük pay sahibidir. Tıxaclar həm avtomobillərə texniki həm maddi baxımdan həm insanlara əsəb və psixoloji baxımdan, həm də işçi qüvvəsinin ciddi vaxt itkisi baxımdan böyük təsiri var.

K.Əsədov hesab edir ki, məsələ ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılması ilə həll olmayacaq. Bu, uzun və bahalı bir prosesdir.

"Düşünürəm ki, biz ilk növbədə mərhələli şəkildə Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin plan yerlərini azaltmalı, bölgə universitetlərində plan yerlərini artırmaq hesabına Bakıya gələcək insanların sayını süni şəkildə azalda bilərik".

Ekspert hesab edir ki, bundan başqa, insan hərəkətinin sayını azaltmaq üçün pandemiya dövründə olduğu kimi ali və orta orta təhsili müəssisələrində, orta məktəblərdə bəzi fənlər online-distant formada tədris olunmalıdır.

"Misal üçün həftədə bir neçə gün dərslər online-distant formada tədris olunmalıdır ki, bu da aktiv hərəkətin sayını azaldacaq", - deyə Kamran Əsədov vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026