• Bakı 24° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

SİYASƏT

25 Iyun 2026 | 20:55

Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, M.Babayev bu barədə X sosial şəbəkə hesabında yazıb.

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib.

"İqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq", - M.babayev əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR