• Bakı 20° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Narindən sonra Şirin: 6 yaşlı qızı...

DÜNYA

02 Noyabr 2024 | 09:51

Narindən sonra Şirin: 6 yaşlı qızı...

Türkiyədə  itkin düşən 6 yaşlı Şirin Elmas Hanilçinin meyiti tapılıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, oktyabrın 31-də Şişlidə itkin düşən 6 yaşlı Şirin Elmas Hanilçinin ailəsi televiziya proqramına qatılaraq kömək istəyib.

Bundan sonra polislər bölgədəki təhlükəsizlik kameralarını araşdıraraq araşdırmaya başlayıb və Şişli Feriköy qəbiristanlığı və ətrafında axtarış aparıb.

Belə ki, kamera görüntülərində Şirinin bir kişi ilə göründüyü və qəbiristanlığın yaxınlığında yoxa çıxdığı müəyyən edilib. Görüntülərdən müəyyən edilən şübhəli kağız yığan şəxs saxlanılıb.

Şübhəli şəxs ilk ifadəsində hadisə ilə heç bir əlaqəsinin olmadığını desə də, kamera görüntüləri üzə çıxanda cinayəti etiraf edib.

 O bildirib ki, Şirini boğaraq öldürdükdən sonra Feriköy qəbiristanlığında çuxura atıb.

Mina Mikayılova


Narindən sonra Şirin: 6 yaşlı qızı...Narindən sonra Şirin: 6 yaşlı qızı...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026