• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Narkotik ölümlərində tarixi zirvə

DÜNYA

19 Sentyabr 2023 | 11:18

Narkotik ölümlərində tarixi zirvə

ABŞ-da fentanilin yüksək dozada istifadəsi nəticəsində ölüm halları ən yüksək həddə çatıb. Ölkədə ilk dəfə bir il ərzində həddindən artıq dozada narkotikdən ölənlərin sayı 100 minə çatıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu ölümlərin 66%-i fentanil səbəbindən baş verib.

Fentanil opioid növüdür. Opioidlər orqanizmə morfin təsiri olan, analjezik kimi istifadə edilən kimyəvi maddələr kimi müəyyən edilir və asılılıq yarada bilir. Morfin və kodein kimi reseptli dərmanlarla yanaşı, heroin də opioiddir

Qeyd edək ki, fentanil həddindən artıq ağrı halında həkim tərəfindən təyin edilə bilən bir dərmandır. Lakin qeyri-qanuni təşkilatlar tərəfindən istehsal olunur və satılır. Amerika Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) məlumatına görə, Çindən gətirilən kimyəvi maddələrdən istifadə edilərək istehsal edilən qanunsuz narkotiklər Meksikadan ölkə sərhədlərinə gətirilir.

Xatırladaq ki, 2010-cu ildə 40 minə yaxın insan narkotik maddələrin həddindən artıq dozasından ölmüşdü. Bu ölümlərin yüzdə 10-dan az hissəsi fentanil istifadəsi ilə bağlıdır. O dövrdə ölümlər daha çox heroin və ya reseptlə opioid istifadəsi nəticəsində baş verirdi.

Kaliforniyanın Los-Anceles Universiteti (UCLA) tərəfindən 2010 və 2021-ci illər arasında həddindən artıq dozadan ölüm halları araşdırılıb. Bu həftə nəşr olunan araşdırma ortaya çıxan dəhşətli mənzərəni ortaya qoydu. Tədqiqatçılar qeyri-qanuni istehsal edilən fentanilin ABŞ-da “görünməmiş dozada böhran yaratdığını” bildirirlər.

Fentanilin Havay adalarından Alyaskaya və Rod-Ayledə qədər ABŞ-ın bütün guşələrində görüldüyü və bu maddədən ilk ölümlərin 2015-ci ildə müşahidə edildiyi bildirilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026