• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Narkotikin təsiri altında olan sürücü həbs edildi

CƏMİYYƏT

15 Mart 2023 | 19:17 | Müəllif: Subhan Mahmudov

Narkotikin təsiri altında olan sürücü həbs edildi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a  DİN-dən bildirilib.

    Belə ki, Rüfət Cəfərov idarə etdiyi “Mercedes” markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevr etmə qaydalarını pozduğu üçün yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı R.Cəfərovun narkotik maddə qəbul etməsi müəyyən olunub.

    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən R.Cəfərov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rüfət Cəfərov inzibati qaydada həbs edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026