• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

NASA aparatı çox böyük sürətlə Günəşə yaxınlaşıb

CƏMİYYƏT

14 Dekabr 2022 | 01:30 | Müəllif: Qalib İbrahimoğlu

NASA aparatı çox böyük sürətlə Günəşə yaxınlaşıb

NASA-nın “Parker” kosmik aparatı Günəşə yaxın istiqamətdə 14-cü uçuşunu həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, aparat bu dəfə kosmik ölçülərinə görə çox yaxın - 8,5 milyon kilometr məsafədə Günəşin səthi üzərində uçub. Bu zaman o çox yüksək temperatur və çox güclü şüalanmaya tab gətirə bilib. “Space” yazır ki, aparatın belə yaxınlaşmasının məqsədi Günəş atmosferinin üst qatı - tacın tədqiqi olub.

Hazırda NASA-nın bu aparatı tarixdə ən sürətli kosmik aparat hesab edilir.

“Parker” aparatı Günəşlə yaxınlaşması zamanı inanılmaz sürət – saatda təxminən 586 000 kilometr qət edib.

Bu missiyanın əsas məqsədlərindən biri Günəş atmosferinin tac adlanan üst qatının ətraflı öyrənilməsidir. Həmçinin lazımi məlumatları toplamalıdır ki, alimlər günəş tacının niyə ulduzun səthindən daha isti olduğunu müəyyənləşdirə bilsinlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR