• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

NASA tarixində ilk: UFO-lar haqqında açıqlama verildi

DÜNYA

01 Iyun 2023 | 11:57

NASA tarixində ilk: UFO-lar haqqında açıqlama verildi

NASA-nın naməlum hava obyektlərini tədqiq edən 16 nəfərlik qrupu UNO-lar haqqında əldə etdikləri məlumatlarla bağlı ilk dəfə ictimaiyyətə açıqlama verib.

Bakıvaxtı.az-ın məlumatına görə, komanda izah edib ki, onlar hələ Yerdən kənarda həyatın mövcudluğuna dair sübut sayıla biləcək bir şey tapmayıblar. Bəs son zamanlar UFO-larla bağlı hansı iddialar səslənir?

ABŞ Müdafiə Nazirliyinə bağlı All Fields Anomaliyaların Həlli Ofisinin direktoru Sean Kirkpatrick son aylarda verdiyi açıqlamada ABŞ ordusuna gələn UFO xəbərdarlığının artdığını bildirib: "Əlimizdə olan 650-dən çox hadisədən biz onların yarısına maraqlı anormal dəyərlərə sahib olmaq üçün üstünlük verdik və onlar haqqında nə qədər məlumatımız olduğunu görmək üçün onları nəzərdən keçirəcəyik".

Qeyd edək ki, Milli Kəşfiyyat İdarəsinin yanvarın 12-də açıqladığı hesabatda müəyyən edilmiş uçan obyektlərin ümumi sayı 510-dur.

Fevral ayında Pentaqon F-16 təyyarələri ilə Kanada sərhədi yaxınlığında Huron gölündə naməlum uçan obyekti vurdu. Bu, yenidən UFO iddialarına səbəb olub. Pentaqon bildirib ki, “naməlum” obyekt ABŞ hərbi obyektlərinin yaxınlığından keçib və təkcə mülki aviasiya üçün təhlükə deyil, həm də potensial müşahidə vasitəsidir. Həmin günlərdə ABŞ hərbçiləri 10 gün ərzində 4 hava elementini, o cümlədən Çinin yüksək hündürlükdə hava balonu və 3 naməlum obyekti vurmuşdu.

NASA-nın naməlum hava obyektlərini tədqiq edən 16 nəfərlik komandası dünənki iclasında aşkarlanan obyektlərin arxasında “insan olmayan zəkanın” olub-olmaması sualını cavablandırıb.

NASA-nın işlərinin böyük hissəsinin Yer kürəsindən kənarda "hər hansı formada həyat axtarışı" olduğunu ifadə edən amerikalı alim Spergel "Həyat axtarışı həqiqətən vacibdir. Biz hələ Yerdən kənarda həyat tapmamışıq, ancaq onu axtarırıq" deyib.

Digər tərəfdən, Spergel NASA-nın hələ "fövqəlbəşər zəka və ya bunun fövqəladə sübutunu" görmədiyini söyləyib.

Yerdən kənarda həyatın aşkar ediləcəyi təqdirdə NASA-nın nə edəcəyi sualına cavab verən amerikalı alim bildirib ki, Yerdən kənarda həyatın həqiqətən mümkün olub-olmaması agentliyi maraqlandıran ən böyük sualdır, lakin hələlik belə bir vəziyyətə dair dəlil tapmayıblar.

Ay Tac


SON XƏBƏRLƏR

25 Aprel 2024