• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Ermənistan yenə ifşa olundu: "Paşinyanın Rusiyadan asılılığı artıb"

CƏMİYYƏT

31 Yanvar 2023 | 12:10

Ermənistan yenə ifşa olundu: Paşinyanın Rusiyadan asılılığı artıb

"Son aylarda Ermənistan dünyaya yeni hekayə yaymağa çalışır ki, guya, bu ölkə Qərbyönümlüdür və Rusiya ilə problemləri var, KTMT-dən, Rusiyadan inciyib və s. Belə bir hekayə satmağa çalışmaqla dünyada yaranmış anti-Rusiya koalisiyasından yararlanmaq istəyir, əslində isə Paşinyan hökuməti dövründə Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığı kəskin artıb. 2022-ci ildə isə Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistandır".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib.

"Rəqəmlər yalan danışmır, gəlin birlikdə rəqəmlərə baxaq:

- 2021-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 2,6 mlrd. dollar olub ki, Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib,

- 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tədbiqinə başlanan ildə isə Rusiya-Ermənistan ticarət dövriyyəsi 5 mlrd. dollara yaxın olub – yəni, bir ildə 2 dəfə yaxın artıb, Ermənistandan Rusiyaya ixrac 4 dəfəyə yaxın artaraq 2,5 mlrd. dollardan çox olub,

- 2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələr 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq 4 mlrd. dollara yaxınlaşıb".

N.Cəfərli qeyd edib ki, 2022-ci ilin iqtisadi, maliyyə göstəriciləri, idxal-ixrac rəqəmləri qeyri-sağlam, qeyri-təbii artım göstərib: Deməli, burada sanksiyalardan yan keçmə mexanizmləri işə düşüb. 2021-də Rusiyaya cəmi 700 mln. dollarlıq mal-məhsul ixrac edən Ermənistan, bir il sonra bu rəqəmi təbii yolla 4 dəfəyə yaxın artıra bilməz - əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsi ilə satırlar, ona görə də Ermənsitandan Rusiyaya, məsələn, eloktrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb, və ya, bahalı və yeni avtomobillərə ehtiyat hissəslərinin Ermənsitandan Rusiyaya ixracı 1200% artıb – bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir".

"Ona görə də publikaya oynamaq üçün üzdə söz güləşdirməklərinə, bir-birlərini tənqid etməklərinə baxmayın – Rusiya və Ermənistan birliyi, qardaşlığı əbədidir, dönməzdir və ancaq Rusiya zəiflədiyi, Ukraynada məğlub olduğu zaman bitə bilər, ona görə də, post-sovet Respublikalarından (Belarusdan başqa) Rusiyanın Ukraynaya təcavüzünü mitinqlərlə, yürüşlərlə, sanksiyalardan yan keçməkdə kömək etməklə açıq şəkildə dəstəkləyən ölkə məhz Ermənistandır...".

Aytac Aslan


SON XƏBƏRLƏR

01 May 2024