• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

NATO baş katibi yeni mətbuat katibini təyin edib

DÜNYA

27 Fevral 2024 | 11:40

NATO baş katibi yeni mətbuat katibini təyin edib

NATO-nun yeni mətbuat katibi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Baş katib Yens Stoltenberq Böyük Britaniyadan olan Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü təyin edib.

    "Mən Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü kimi qarşılamağı səbirsizliklə gözləyirəm. Daha təhlükəli dünyada aydın və vaxtında ünsiyyət, media ilə əlaqə həmişəkindən daha vacibdir", - Stoltenberq deyib.

    Fərəh Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və "AstraZeneca" şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb. O, 2010-cu ildən 2023-cü ilə qədər mətbuat katibi vəzifəsində çalışmış Oana Lunçeskunu əvəz edir. Yeni mətbuat katibi mart ayından etibarən fəaliyyətə başlayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR