• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

NATO kabellərə hücum vaxtı internetə çıxış yolu axtarır

DÜNYA

09 Iyul 2024 | 00:43 | Müəllif: Subhan Mahmudov

NATO kabellərə hücum vaxtı internetə çıxış yolu axtarır

NATO Avropanın dənizaltı kommunikasiyalarına hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin tapılması layihəsinin maliyyələşdirilməsini dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, NATO-nun elm proqramı hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların dənizaltı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması üçün qrantı təsdiqləyib. Layihə İslandiya, ABŞ, İsveç və İsveçrə alimləri tərəfindən hazırlanır. Onun ümumi dəyəri 2,5 milyon dollardır.

Alyansın elmi proqramının rəhbəri layihənin yaxın vaxtlarda icrasına başlanılacağını qeyd edib


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR