• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pezeşkian Xameneidən İsrailə hücum etməməyi istədi

DÜNYA

07 Avqust 2024 | 23:45 | Müəllif: Subhan Mahmudov

Pezeşkian Xameneidən İsrailə hücum etməməyi istədi

İranın yeni prezidenti Məsud Pezeşkian İranın ali dini lideri Əli Xameneini İsrailə qarşı “cavab zərbəsi”ni dayandırmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Londondan fars dilində yayımlanan İran Beynəlxalq telekanalı məlumat yayıb.

Pezeşkian bunu ölkə üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyi ilə əlaqələndirib.

Telekanalın məlumatına görə, Xamenei ilə görüşdə Pezeşkian İsrailin İranın milli infrastruktur və enerji obyektlərinə hücumlar şəklində hücumuna dərhal cavab verməsinin ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Pezeşkian, həmçinin, SEPAH generallarının döyüşkən ritorikası ilə İranı arzuolunmaz müharibəyə sürükləyə biləcəyindən ehtiyat etdiyini bildirib.

Telekanal iddia edir ki, Xamenei öz nöqteyi-nəzərini bildirmədən prezidentin arqumentlərini dinləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR