• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

NATO-nun baş katibi postuna namizədlər AÇIQLANDI

DÜNYA

04 Fevral 2022 | 17:14

NATO-nun baş katibi postuna namizədlər AÇIQLANDI

NATO-nun baş katibi vəzifəsinə mümkün namizədlərin adları məlum olub.

Bakıvaxtı.az-ın xarici mediaya istinadla məlumatına görə, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey və Hollandiyanın baş naziri Mark Ryutte Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizəddirlər.

Siyahıda mümkün ola biləcək namizədlər arasında Estoniyanın baş naziri Kaya Kallas, Avropa İttifaqının xarişi işlər üzrə keçmiş komissarı Federika Moqerini və Rumınyanın prezidenti Klaus Yohannisin də adları var.

Bundan əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin 2022-ci ilin oktyabrında Norveç Mərkəzi Bankının rəhbəri olacağı bildirilmişdi.

O, 2014-cü ilin martından NATO-da bu vəzifəni icra edir. Stoltenberq işini 2018-ci ildə bitirməli idi, lakin onun səlahiyyət müddəti 2022-ci il sentyabrın 30-dək uzadılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026