Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, danışıqlar bir saata yaxın davam edib.
Rusiya və Türkiyə liderləri Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
***
13:59
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.
Bakıvaxtı.az bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.
Tərəflər arasında Ukraynadakı vəziyyət müzakirə olunur.
Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.















